Vaqif Cavadov qələbə qazandırdı

vaqif-cavadov-qelebe-qazandirdi
Oxunma sayı: 648

“Qafqazinfo” xəbər verir ki, millimiz rəqibini 1-0 hesabı ilə məğlub etməyi bacarıb. Komandamızda yeganə qolu oyunun 75-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən Vaqif Cavadov vurub. Amma bununla belə yığmamız rəqibindən üstün oyun nümayiş etdirib. Bir neçə dəfə real qol şansı yaransa da futbolçularımız son anda dəqiq oynaya bilməyiblər. Vüqar Nadirov və Rauf Əliyevin 100%-lik qol vurmaq şansları olub lakin birində qapı dirəyi , digərində isə qeyri-dəqiq zərbə rəqibin hesabda geri düşməsinə mane olub. Bununla belə qələbə qələbədir və yığmamız 2013-cü ildə ilk qalibiyyətini əldə edib.

İqbal