Vaqif Cavadovun komandası bu gecə oynayır

vaqif-cavadovun-komandasi-bu-gece-oynayir
Oxunma sayı: 642

Qol.Az-ın məlumatına görə, Nijni Novqorod təmsilçisi səfərdə CSKA-nın qonağı olacaq.

Hazırda 10-cu pillədə qərarlaşan "Volqa" səfərdə ən azı bir xalla qayıtmaq niyyətindədir. Ancaq bu heç də asan görünmür. Çünki CSKA hazırda turnir cədvəlinin ikinci pilləsində gedir.

Ötən tur "Spartak" (Nalçik) klubu ilə oyunda yeganə qolun ötürməsini verən Vaqifin bu görüşdə də meydana çıxacağı gözlənilir. Hər halda ölkə kubokunda "Spartak" (Moskva) klubu üzərində qazanılan oyunda həmyerlimizin xoş təsir bağışlaması bunu deməyə əsas verir.

Qeyd edək ki, CSKA - "Volqa" oyunu Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.