Vaqif Əsədov hamıya müraciət etdi

vaqif-esedov-hamiya-muraciet-etdi
Oxunma sayı: 2351

“Yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təminatı istiqamətində qabaqcıl metod və texnologiyalardan geniş istifadə olunur. Hər bir hərəkət iştirakçısı diqqətli və musuliyyətli olmaqla bərabər, başqalarının hüquq və vəzifələrinə münasibətdə həssas olmalıdır. Bu həssaslıq isə təkcə yol polisini yox, bütün ictimaiyyəti maraqlandırır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əssədov deeyib. O, bildirib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz yaşamaqdır. O, qeyd edib ki, hər bir halda təkcə qanunun tələbi deyil, intellektual təfəkkür də deyir ki, ehtiyatla yaşamayanda səhlənkərlarlıq edəndə nəticə ağır olur: “Bunu bilə-bilə bəzən o qədər səhlənkarlığa yol verilir ki, sonda bizi qayğılandıran nəticənin həlli üçün kömək axtarırıq. Əgər nəzərə alsaq ki, avtoqəza hadisələrindən sonra bəzən geriyə - istintaq etməyə, sual verməyə insan qalmır ki, onu qınayaq, soruşaq ki, “hara tələsirdin?””.

V. Əsədovun ssözlərinə görə, təhlil və ümumləşdirmələr göstərir ki, baş verən hər avtoqəza hadisələri o qədər fərdi mahiyyət daşıyır ki, vəziyyəti tamamilə dəyişmək, ümumiyyətlə insan təlafatı, insan sağlamlığı ilə nəticələnən, yaxud əmlaka dəyən zərəri aradan qaldırmaq olar: “Qanunu bilmək, yaxud biməmək insan məsuliyyətdən azad etmir. Çünki insanın törətdiyi təqsirli əmələ görə, hüquqi vəziyyətinə qanun qiymət verir. Hər bir hərəkət iştirakçısı – piyada, sürücü yollarda qaydalara əməl etməlidir. Cəmiyyətin üzvü olaraq, hər birimiz özümüzü qorumağa məsul olmalı, hamının bildiyi qaydalara əməl etməklə qalmayıb, bütün cəmiyyətə bu vərdişi aşılamağa təşəbbüskar olmalıyıq”.