Vaqif Əsədov sürücülərə xəbərdarlıq etdi

vaqif-esedov-suruculere-xeberdarliq-etdi
Oxunma sayı: 1267


“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, hazırda pik vaxtı olduğundan həmin ərazidə sıxlıq yaşanır.

V.Əsədov bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibləri və sürücülərin diqqətinə çatdırır ki, Bülbül prospektindən Neftçilər prospekti istiqamətində hərəkət edənlər alternativ yol kimi Xaqani küçəsindən sola dönməklə Neftçilər prospekti istiqamətində və ya digər istiqamətlər üzrə hərəkət edə bilərlər.

Həmin yolda asfalt örtüyünün çəkilməsi tam başa çatanadək bir daha sürücülərdən xahiş edilir ki, sıxlıq yaşanmaması üçün əvvəlcədən hərəkət istiqamətini müəyyənləşdirib Bülbül prospekti ilə Neftçilər prospekti istiqamətində hərəkət etmək istəyənlər alternativ yol kimi Səməd Vurğun və yaxud digər küçələrdən istifadə etsinlər.

V.Əsədov onu da əlavə edib ki, yolda təmir işlərinin böyük hissəsi artıq görülüb və tezliklə başa çatacağı gözlənilir.