Vaqif Əsədov xəstəxanaya yerləşdirildi

vaqif-esedov-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 4462


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov xəstəxanaya yerləşdirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı aznews.az-a o özü verib. V.Əsədov bildirib ki, səhhətində yaranan problemlə əlaqədar Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Mərkəzi Hospitalında müalicə alır: “Hazırda sistem altındayam. Amma əvvəlki günlərə nisbətən xeyli yaxşılaşmışam. Amma buna baxmayaraq hospitalda müalicəmi davam etdirirəm”.

Hansı xəstəliyə görə müalicə almasına gəlincə, V.Əsədov bu barədə nədənsə heç bir söz deməyib: “Əslində ciddi bir şey yoxdur. Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var. Heç bir xəstəliyim yoxdur. Sadəcə, həkimlər üzərimdə profilaktik tədbirlər görürlər”.