Vaqif Mustafayevə Çin telekanalında vəzifə verildi

vaqif-mustafayeve-cin-telekanalinda-vezife-verildi
Oxunma sayı: 2554

“Space” teleşirkətinin prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən tədbirdə bildirilib. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Çin və Ukraynanın Azərbaycandakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak edib. 

Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə “Soqlasiya” Qızıl Ordeni Vaqif Mustafayevə təqdim olunub.

Vaqif Mustafayev eyni zamanda Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Honq-Konq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib. Avrasiya Televiziya və Radio Akademiyasının xəttiylə, Rusiya, Çin və Azərbaycanın iştirakı ilə Vaqif Mustafayevin rejisoru və ssenari müəllifi olacağı “Kambey” filminin çəkilişi razılaşdırılıb.