“Varlılar da ağlayır” serialının ulduzu vəfat etdi

varlilar-da-aglayir-serialinin-ulduzu-vefat-etdi
Oxunma sayı: 3267

“Vəhşi qızılgül” və “Varlılar da ağlayır” seriallarının ulduzu Edit Qonsales dünyasını dəyişib.

“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, aktrisa 54 yaşında vəfat edib.

Məlumata görə, 3 il əvvəl onda yumurtalıqların xərçəngi aşkar edilmişdi. Qonsales 2017-ci ildə orqanizmində remissiyanın başlanması haqda xəbər versə də, 2018-ci ildə xəstəliyi geri qayıtmışdı.

E. Qonsales ailəli idi, 14 yaşlı qızı var.