Vasif Məhərrəmli polisə şikayət edəcək

Vasif Məhərrəmli polisə şikayət edəcək
Oxunma sayı: 2194

Əməkdar artist Vasif Məhərrəmli polisə müraciət edərək  instaqramda ünvanına təhqir yazan izləyicilərdən şikayətçi olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ifaçının özü xəbər yayıb. 

Müğənni sözügedən şəxsin fotosunu paylaşaraq onun Moskavada yaşadığını qeyd edib. Vasif Rusiyada yaşayan dostlarından xahiş edib ki, Ruslan adlı bəyi tapmaqda köməklik göstərsinlər:

“Bu şəxsin yerini bilən varsa, mənə desin. Adında uçub gələcəyəm. Ondan rəsmi qaydada şikayət edirəm. Səni hava limanından birbaşa polisə gətirəcəklər, orada görüşərik”. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi