Vasif Talıbov Günnütə gedib - Fotolar

vasif-talibov-gunnute-gedib
Oxunma sayı: 4503

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bir neçə gün əvvəl işğaldan azad olunan Günnüt kəndindəki hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.

V. Talıbov bu əməliyyatların həyata keçirilməsində iştirak edən hərbi hissələrin şəxsi heyətinə təşəkkür edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Ali Məclisin Sədri Günnüt əməliyyatında iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim edib.

V. Talıbov sonra Günnüt kəndində və ətraf ərazilərdə yerləşən postlarda olub, əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb.