Vasif Talıbov hərbçiləri təltif etdi

vasif-talibov-herbcileri-teltif-etdi
Oxunma sayı: 641

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov MR-nın sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə bir qrup hərbçini təltif edib.

“Qafqazinfo” xəbər verir ki, V. Talıbovun sərəncamı ilə Hacıyev İlkin Qafar oğlu, Hüseynov Məhəmməd Çingiz oğlu, Manaflı Fərid Vaqif oğlu və Musayev Ülvi Süleyman oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə, Əsədov Etibar Əsəd oğlu, Həsənov Allahverdi Abbas oğlu, Xəlilov Məhəbbət Heydər oğlu, Nəzərov Ramiz Əli oğlu və Rzayev Zahid Məmmədhüseyn oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.