Vasif Talıbov iməclik keçirdi

Vasif Talıbov iməclik keçirdi
Oxunma sayı: 1690

Naxçıvan Muxtar Respublikasında iməcilik keçirilib, yeni meyvə bağları salınıb.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının kənarında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik keçirilən 2 hektar ərazidə 1500 meyvə tingi əkilib.

NMR Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib. Ali Məclisin Sədri yaz aylarında əkin işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 23 minə yaxın insan iştirak edib, 10 mindən artıq meyvə tingi, 2500 meşə ağacı, 2100 gül və bəzək kolu əkilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi