Vasif Talıbov iməclikdə

vasif-talibov-imeclikde
Oxunma sayı: 2450

Naxçıvanda Uzunoba Su Anbarının ətrafında iməclik keçirilib.

“Qafqazinfo” xəbər verir ki, NMR-nın Ali Məclisinin sədri Vasif Talıbovun da qatıldığı iməclikdə Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri iştirak ediblər. Kollektivlər 4,5 hektar sahədə meyvə bağı salıblar. Əraziyə 3300 ədəd tut, badam, ərik, alma, iydə və üzüm tingi əkilib, sumaq, həmərsin, yemişan və badamça toxumları basdırılıb.

Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.

Ali Məclisin Sədri hava şəraitinə uyğun olaraq iməciliklərin davam etdirilməsi, yeni meyvə, xüsusilə üzüm bağlarının salınması və bərpa əkinin aparılması barədə tapşırıqlar verib.