Vasif Talıbov müdafiə naziri ilə təlimi izlədi - Fotolar

vasif-talibov-mudafie-naziri-ile-telimi-izledi
Oxunma sayı: 2759

Bu gün Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə hazırlıq barədə raport verib.

Sonra təlimin mövzusu, məqsədi və mərhələləri barədə məlumat verilib.

Ali Məclisin Sədri yeni hərbi təyinatlı cihazlara baxıb.

Təlimdə Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı birləşmə və hissələrinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin ümumilikdə mindən artıq şəxsi heyəti, 80-ə yaxın zirehli və avtomobil texnikası, 20-dən artıq hava hücumundan müdafiə vasitələri, 40-a yaxın artilleriya qurğusu, 10-dan çox aviasiya texnikası və pilotsuz uçuş aparatları iştirak edib.

Xüsusi təyinatlı qruplar tərəfindən təlim ərazisindəki ən yüksək zirvədə üçrəngli bayrağımız qaldırılıb və işğaldan azad edilmiş Günnüt kəndi ilə bağlı “Günnüt Azərbaycan əsgərinin rəşadət əzmidir” şüarı nümayiş olunub.

Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.

V. Talıbov Naxçıvan Qarnizonu qoşunlarının birgə taktiki-xüsusi təlimlərinin bundan sonra da davam etdirilməsi və qarşılıqlı fəaliyyətin təşkili barədə müvafiq tapşırıqlar verib.