Vasif Talıbov şura sədri oldu

vasif-talibov-sura-sedri-oldu
Oxunma sayı: 2914

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi aşağıdakı kimidir:

Şuranın sədri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri.

Şuranın üzvləri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri;

AMEA Naxçıvan Bölməsinin sədri;

Naxçıvan Muxtar Respublikasının təhsil naziri;

Naxçıvan Dövlət Universitetinin rektoru.