Vasif Talıbov üçün özəl gün

vasif-talibov-ucun-ozel-gun
Oxunma sayı: 7822

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun doğum günüdür

“Qafqazinfo”  xəbər verir ki, Vasif Talıbovun 58 yaşı tamam olub.

Xatırladaq ki, V. Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvanın Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub.

O, 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji Institutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və «Naxçıvan abidələri» ensiklopediyasının redaksiya heyətinin sədri, Naxçıvan Dövlət Universitetinin, Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin və Batumi Dövlət Universitetinin fəxri doktorudur.

O, prezident İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

V. Talıbov 16 dekabr 1995-ci ildən bu günədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.