Vasif Talıbova qızıl medal verildi - Fotolar

vasif-talibova-qizil-medal-verildi-fotolar
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, 8 komandanın mübrizə apardığı turnirdə Naxçıvan güləşçiləri ən güclü olub. Finalda Azərbaycan komandası ilə görüşdə 4-4 hesablı heç-heçə qeydə alınsa da, yerli güləşçilərdən birinin təmiz qələbə qazanması görüşün taleyini həll edib. Bununla da Naxçıvan güləşçiləri turniri birinci sırada tamamlayıb. Azərbaycan komandası ikinci, Gürcüstan güləşçiləri isə üçüncü yerdə qərarlaşıb.

Turnir çərçivəsində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Naxçıvan Muxtar Respublikasında güləşin inkişafındakı xidmətlərə görə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova FİLA-nın qızıl medalı və fəxri diplomunu təqdim edib.