Vasif Talıbovdan yeni təyinat

vasif-talibovdan-yeni-teyinat
Oxunma sayı: 2996

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin edilib.
 
“Qafqazinfo”nun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.
 
Sərəncama əsasən Əkbər Novruzov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin edilib.
 
Qeyd edək ki, V. Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Turizm Departamenti yaradılıb.
 
Ə. Novruzov bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyində Turizm şöbəsinin müdiri vəzifəsində çalışıb.