Vasif Talıbovun taxıl biçini...

vasif-talibovun-taxil-bicini
Oxunma sayı: 1038


“Qafqazinfo” “AzərTAc”a istinadən xəbər verir ki, hazırda taxıl biçini davam edir. Zəmilərdə 91 kombayndan istifadə olunur.Taxılın məhsuldarlıq göstəricisi muxtar respublikanın şəhər və rayonları üzrə bir hektardan orta hesabla 20-31 sentner intervalında müşahidə olunur. Taxıl biçinini itkiyə yol verilmədən mütəşəkkil qaydada başa çatdırmaq üçün əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri bəhrəsini verir.

Qeyd edək ki, 2014-cü ilin məhsulu üçün 35749,7 hektar sahədə taxıl əkilib. Bunun da 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq taxıldır. Ötən illə müqayisədə taxıl əkini sahələrinin həcmi 425,7 hektar çoxdur. Muxtar respublikada 26274,1 hektarda buğda, 9475,6 hektarda isə arpa əkilib.