Vaşinqton yeni nüvə strategiyasını nəzərdən keçirib

Vaşinqton yeni nüvə strategiyasını nəzərdən keçirib
Oxunma sayı: 246

ABŞ nüvə təhlükəsizliyinə dair yeni strategiyanı nəzərdən keçirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidentin xüsusi köməkçisi, Ağ Evin milli təhlükəsizlik üzrə Şurasında kütləvi qırğın silahlarının yayılmaması məsələləri üzrə baş direktor Kristofer Ford bildirib.     

“Biz bir müddət əvvəl nüvə təhlükəsizliyinə yanaşmalarımızın qiymətləndirilməsini başa çatdırdıq. Hələlik bu strategiyanı açıqlaya bilmərik, ancaq nəticələrdən məmnunuq”, - deyə K. Ford bildirib.    

Onun sözlərinə görə, nüvə təhlükəsizliyi Amerika administrasiyasının əsas vəzifələrindən biridir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi