Vaşinqtondakı Rusiya bayrağı endirildi

vasinqtondaki-rusiya-bayragi-endirildi
Oxunma sayı: 4476

ABŞ hökuməti Rusiya bayrağını Vaşinqtondakı ticarət nümayəndəliyinin üzərindən çıxarılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, faktı Rusiyanın ABŞ-dakı səfirliyinin mətbuat katibi Nikolay Laxonin təsdiqləyib.

“Rusiya bayrağı daha əvvəl ABŞ rəsmiləri tərəfindən nəzarətə götürülmüş Vaşinqtondakı ticarət nümayəndəliyinin üzərindən çıxarılıb. Təxribatçı antirusiya hərəkətləri dayandırmağı tələb edirik”,-deyə Rusiyanın ABŞ səfirliyinin tvitter hesabında bildirilib.

Bundan əvvəl Rusiyanın San-Fransiskodakı konsulluğunun üzərindəki bayraq çıxarılıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin tələbi ilə sentyabrın əvvəlində Rusiya San-Fransisko, Vaşinqton və Nyu-Yorkdakı diplomatik obyektləri qarşı tərəfə təhvil verib. Bunun rəsmi Moskvanın Rusiyadakı ABŞ diplomatik missiyasının heyətinin azaldılması tələbinə cavab olduğu bildirilir.