“VAZ 2101” və “KİA” markalı avtomobil toqquşub

vaz-2101-ve-kia-markali-avtomobil-toqqusub
Oxunma sayı: 845


“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Suraxanı rayonunda "VAZ 2101" və "KİA" markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə dərhal Fövqəladə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, deformasiyaya uğramış "VAZ 2101" markalı avtomobilin sürücüsü və "KİA" markalı avtomobildə olan bir nəfər sərnişin xəsarət alıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobillərdə sıxılmış vəziyyətdə qalmış hər iki vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər.