“VAZ-21015”lə “avtoşluq” etmək istədi, amma...

“VAZ-21015”lə “avtoşluq” etmək istədi, amma...
Oxunma sayı: 1

Axşam saatlarında Qazax rayonunun Canallı kəndində avtoxuliqanlıq edən şəxs qəza törədib.

“Qafqazinfo”nun “Report”a istinadən məlumatına görə, “VAZ-21015” markalı avtomobillə “avtoşluq” etmək istəyən kənd sakini idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaralı ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Hadisə şahidlərinin dediyinə görə, sürücü avtomobil ilə asfaltı “yazmaq” istəyirmiş.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi