“VAZ” iki azyaşlını vurdu

vaz-iki-azyaslini-vurdu
Oxunma sayı: 1136

Bu gün Gəncədə Məhrasa bağı yaşayış massivində "VAZ 21015" markalı minik avtomobili iki azyaşlını vurub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, avtomobil yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Məryəm Hüseynova və 2011-ci il təvəllüdlü Mədinə Əlizadəni vurub.

Xəstəxanaya yerləşdirilən hər iki azyaşlının vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.