Vəba epidemiyası can almağa davam edir - 55 nəfər öldü

Vəba epidemiyası can almağa davam edir
Oxunma sayı: 719

Nigerdə vəba epidemiyası səbəbindən ölənlərin sayı artıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, yoluxucu xəstəlik Maradi əyalətində 55 nəfərin ölümünə səbəb olub.

BMT-nin Humanitar işlər üzrə koordinasiya ofisinin məlumatına görə, epidemiya artıq Dosso, Thaoua və Zindar bölgələrinə də yayılıb.

Qeyd edək ki, vəba 2017-ci ildə 17 Afrika ölkəsində 150 min nəfərdə qeydə alınıb, xəstəlik azı 3 min nəfərin həyatına son qoyub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi