Vəfa Quluzadə Rusiyaya “davay do svidaniya” dedi

vefa-quluzade-rusiyaya-davay-do-svidaniya-dedi
Oxunma sayı: 664

“Qafqazinfo” xəbər verir ki, bunu Teleqraf.com saytına açıqlamasında politoloq Vəfa Quluzadə Rusiya hökumətinin Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərarını şərh edərkən bildirib.

“İTAR TASS” agentliyinin xəbərinə görə, Rusiyanın Transneft» şirkətinin təmsilçisi İqor Dyomin bildirib ki, rəsmi Bakı «Rusiya və Azərbaycan arasında imzalanan Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə tranziti haqqında» hökumətlərarası sazişin şərtlərini son 5 ildə yerinə yetirməyib və sənəddə nəzərdə tutulandan 2 dəfə az neft tranzit edib.

Onun sözlərinə görə, sazişin şərtlərinə əsasən, Azərbaycan ildə 5 mln. ton neft tranzit etməli olsa da, faktiki olaraq 2 mln. ton neft tranzit edib.

V.Quluzadə əlavə etdi ki, BTC-nin çəkilişilə Rusiya Amerikaya uduzdu: "Rusiya başa düşdü ki, bu nəqlin heç bir iqtisadi əhəmiyyəti yoxdur. Özü neft nəhəngidir. 2 milyon ton neft onun nəyinə lazımdır?! Mən burada siyasi səbəblər axtarmıram. Sırf iqtisadi məsələdir. Ona görə də "Bakı-Novorossiysk, davay do svidaniya" deyilməlidir".