Vəfa Zeynallı serialdan niyə gedib? - Açıqlama

vefa-zeynalli-serialdan-niye-gedib
Oxunma sayı: 776

Əməkdar artist Vəfa Zeynallı ATV-də yayımlanan “Qardaşlar” serialından gedib. 

“Qafqazinfo” xəbər verir ki, “Bahar” obrazını canlandıran aktrisa bir müddətdir ki, serialda iştirak etmir. 

Hətta, onun adı serial başlayan zaman qeyd olunan aktyor heyəti siyahısından çıxarılıb. 

“Qafqazinfo” mövzu ilə bağlı layihənin baş prodüseri Elməddin Cəfərovla əlaqə saxlayıb. 

“Vəfa xanım serialdan qarşılıqlı razılaşma ilə gedib. Bu, həmişəlik getmək deyil. Ola bilsin ki, sentyabr ayından yenidən bir arada çalışacağıq. Sadəcə olaraq ssenari yeniləndi, serialın mövzusu dəyişdi.

Hər il yanvar və avqust aylarında yeni mövzu və yeni nəfəslə tamaşaçı qarşısına çıxırıq. Heç bir sıxıntı yoxdur”.