“Vəhhabi olmayanlara vəhhabi demək lazım deyil”

vehhabi-olmayanlara-vehhabi-demek-lazim-deyil
Oxunma sayı: 2688


ANS PRESS-in məlumatına görə, bunu QMİ-də keçirilən din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti buraxılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Qarayev deyib. 

O, qeyd edib ki, vəhhabi olmayanlara vəhhabi demək lazım deyil: 

“Həmin insan vəhhabi olmasa da bizim dediklərimiz ona pis təsir edəcək. Nəticədə o, daha da arqesivləşəcək. Vəhhabi olmasa da sonradan vəhhabi olacaq. Ona görə biz bu məsələlərdə diqqətli olmalıyıq. Bu problemlərin yaranması üçün din xadimləri üçün təşkil edilən təkmilləşdirmə kursları çox önəm kəsb edir. Din xadimləri həmin kursda maariflənirlər və bunu getdikləri yerlərdə də təbliğ edirlər”.