Vəhhabilərin toplaşdığı məkan dağıdıldı

vehhabilerin-toplasdigi-mekan-dagidildi
Oxunma sayı: 6737


Bir müddət əvvəl mətbuata müsahibəsində öz evini sumqayıtlı sələfilərin məscidi kimi istifadəsinə verdiyi açıqlayan Zöhrab Şıxəliyev yeni bir məscid tikmək arzusunda olduğunu bildirmişdi. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, ötən həftə Zöhrabın yaşadığı Corat qəsəbəsindəki evinin yaxınlıında iki traktorun toqquşması nəticəsində qəza baş verib. Qəza nəticəsində traktorlardan biri yoldan çıxaraq Zöhrabın yaşadığı evin həyətinə girib. Maraqlı məqam isə bundan sonra baş verib. Hadisə yerinə gələn polis həyətdə evdən bir qədər aralıda böyük bir tikili aşkarlayıb. (hasar o qədər hündürdür ki, həyəti görmək olmur) 

Məlum olub ki, Zöhrab bu tikilini qanunsuz olaraq tikir. Zöhrab iddia edib ki, bu tikili onun evinə əlavə olaraq tiklir. Amma maraqlıdır ki, 3 mərtəbəli villası olan Zöhraba yeni ev nəyə lazım imiş? Qanunsuz tikili rayon icra hakimiyyətinin sərəncamı ilə sökülüb. Söküntü işləri başlayanda hətta ağır texnika çətinliklə üzləşib. Dəmir-beton konsturuksiyalar o qədər möhkəm tökülüb ki, sanki ev deyil hündürmərtəbəli bina tikiləcəkmiş. 

İddiaya görə, Zöhrab həyətindəki yeni tikilidə 1000 nəfər rahat şəkildə toplaşa bilər. Zöhrabın evinə toplaşan vəhhabilər üçün “qeyri-formal məscid” rolunu oynayan bu tikilidə demək olar ki, hər cür şərait yaradılması üçün ilkin layihələr olub. Yəqin ki, gələcəkdə Zöhrab arzusunda olduğu məscidə elə buranı çevirmək fikrində imiş.