Vəhşi heyvan prezidenti yemək istədi

vehsi-heyvan-prezidenti-yemek-istedi
Oxunma sayı: 645

ANS PRESS-in "BBC"yə istinadla verdiyi məlumata görə, Yan Khamaya leopard (ov pələngi) hücum edib. İnsident prezidentin vəhşi heyvanın saxlandığı hərbi hissəyə səfəri zamanı baş verib. Khama öz mühavizəçisi ilə heyvan saxlanılan yerin yanında dayanıb. Bu zaman heyvan qəfildən səddin üzərindən tullanmağa çalışıb. Nəticədə prezident üzündən kiçik xəsarətlər alıb və ona tikiş qoyulub.

Bostvana prezidentinin mətbuat xidməti bunun təsadüfi hadisə olduğunu bildirirək, heç bir əlavə tədbir görülməyəcəyini açıqlayıb. Hücumdan sonrakı ilk görüşünə prezident üzündə yara lentləri ilə çıxmalı olub.

Qeyd edək ki, Yan Khama ölkəyə 2008-ci ilədn rəhbərlik edir. Onun atası ağdərili qadınıla evləndiyi üçün ölkədən qovulmuşdu. Khamada Böyük Britaniyada doğulub. Ölkəsinə qayıdandan sonra prezident seçilib.