Vəkil baş örtüyünə görə məhkəmə zalından çıxarıldı

vekil-bas-ortuyune-gore-mehkeme-zalindan-cixarildi
Oxunma sayı: 2413

İtaliyanın Bolonya şəhərdəki hakim başı bağlı mərakeş əsilli vəkil Esma Belfakiri məhkəmə zalında çıxardıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliyanın AGI agentliyi məlumat yayıb.

Məlumata əsasən, hakim Giankarlo Mozzarelli 25 yaşlı vəkildən başını açmasını yaxud da zaldan çıxmasını istəyib. Baş örtüyünü çıxarmağı rədd edən Esma məhkəmə salonunu tərk edib.

“Daha əvvəl belə halla qarşılaşmamışam. Onlarla məhkəmədə iştirak etmişəm, kimsə bunu məndən istəməyib”, deyə E. Belfakir vurğulayıb.

Onun sözlərinə görə, hakim zaldan çıxan zaman “bu mədəniyyətimizə və adətlərimizə hörmətlə əlaqəlidir”, -deyə bildirib.

Sosial meyda istifadəçiləri isə fərqli mədəniyyətə və inanclara sahib insanlara hörmət edilməməsini tənqid ediblər.