Vəkil polkovnikə bəraət istədi

vekil-polkovnike-beraet-istedi
Oxunma sayı: 1762

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə vəkil Cavid Rzazadə çıxış edərək müvəkkili, polkovnik Səlim Məmmədovun barəsində bəraət hökmü çıxarılmasını, dərhal həbsdən azad edilməsini, özünün və ailə üzvlərinin əmlaklarının üzərinə qoyulan həbsin götürülməsini, mənzildə axtarış zamanı götürülən əşyaların geri qaytarılmasını istəyib. Həmçinin, zərərçəkənlər tərəfindən irəli sürülən mülki iddiaların təmin edilməməsini xahiş edib. 

Bundan sonra general Akif Çovdarovun vəkili Sadiq Rəsulov müdafiə çıxışına başlayıb. Hazırda Rəsulov çıxışını davam etdirir. 

Murad Əhməd