Vəkil Ceyhun Yusifov hüquqlarını müdafiə etdiyi şəxslə üç gündür ki, görüşə bilmir.
O, bununla bağlı “Qafqazinfo”ya müraciət edib. C. Yusifov qeyd edib ki, müdafiəçisi olduğu Əzimzadə Həmid Dilqəm oğlu Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılır: “O dini ekstremizm şöbəsinin rəhbəri Rüstəm Cəfərov tərəfindən saxlanılıb. Rüstəm Cəfərov onun müdafiə hüququnu təmin etmir. DİN rəhbərliyinin məsələnin həlli ilə bağlı göstəriş verməsini istəyirik”.
Günel Türksoy