Vəkillər cəzalandırıldı

vekiller-cezalandirildi
Oxunma sayı: 646

Vəkillər Kollegiyasının rəyasət heyəti müvafiq qərar çıxarıb. Artıq vəkil Xalid Bağırov barəsində çıxarılmış qərarla tanış olub. Bağırov bildirib ki, Vəkillər Kollegiyasının 24 avqust tarixli qərarına görə, o, həmin günə qədər bağladığı müqavilələrin əsasında fəaliyyət göstərə, məhkəmə işlərinə çıxa bilər, amma 24 avqustdan sonra heç bir şəxslə yeni müqavilə bağlaya bilməz.

Siyasi dustaq sayılan Elnur Məcidli və Vidadi İsgəndəlinin vəkili olan X.Bağırov deyib ki, onun 1 illiyə vəkillikdən məhrum edilməsi BŞBPİ rəisi Rafiq Abbasovun müraciəti əsasında baş tutub. Vəkli "vəkillik sirrini yaymaq"da günahlandırıblar. X.Bağırov VK-nin qərarından məhkəməyə müraciət etmək fikrindədir.

Bundan başqa, bu gün Vəkillər Kollegiyasında başqa bir vəkilin - Aslan İsmaylovun da məsələsinə baxılıb. İsmayılovdan VK-yə dələduzluqda təqsirləndirilən bir şəxs şikayət edib. Həmin şəxs bildirib ki, guya Aslan İsmayılov onu ofisindən qovub. VK-nin intizam komissiyasında baxılan bu işə görə A.İsmayılov "vəkillik etikasını pozmaq"da ittiham olunub.

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev jurnalistlərə bildirib ki, o, Aslan İsmayılovun və Elçin Namazovun işinə intizam komissiyasında baxıldığı üçün bir söz deyə bilməz, amma Xalid Bağırov haqsızlığa məruz qaldığına əmindirsə, məhkəməyə müraciət edə bilər. (musavat.com)