Vəkillər Kollegiyası mükafatlandırdı

vekiller-kollegiyasi-mukafatlandirdi
Oxunma sayı: 1086


Qeyd olunmalıdır ki, tədbir çərçivəsində "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Hakimlərin Seçki Komitəsinin üzvü, h.e.f.d. Anar Bağırov ölkəmizin tarixində ilk dəfə vəkillik sahəsini işıqlandıran, Azərbaycan vəkillərinin yeganə tribunası olan dövrü nəşrin - "Azərbaycan vəkili" jurnalının işıq üzü görməsində təşəbbüskarlıq nümayiş etdirməsi, bu nəşrin vəkil korpusu arasında ödənişsiz paylanılmasını təmin etməsi, habelə Azərbaycan vəkilliyinin nüfuzunun artırılmasındakı xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Fəxri hüquq doktoru" adına layiq görülmüşdür.

Habelə, ölkəmizdə səfərdə olan Rusiya Vəkillər Gildiyasının Prezidenti, əslən Azərbaycandan olan, tanınmış vəkil Həsən Mirzəyev də ölkələrimizin vəkillik qurumları arasındakı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi işindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Fəxri hüquq doktoru" adına layiq görülüb.