Vəkillər Kollegiyasının sədrindən İradə Cavadova ilə bağlı - Açıqlama

vekiller-kollegiyasinin-sedrinden-irade-cavadova-ile-bagli
Oxunma sayı: 5089

Vəkillər Kollegiyasının sədri Anar Bağırov və həmin qurumda üzvlüyünə xitam verilən vəkil İradə Cavadova arasında görüş olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə A.Bağırov Feysbukdakı hesabında məlumat verib:

“Hər ikimiz bizim şəxsi münasibətlərimizin yaxşı olmaması barədə söylənilən fikirlərin absurd olduğunu qeyd etdik. Mənimlə İradə xanım arasında heç vaxt problem olmayıb, konfransda da sədrliyə namizədliyimin lehinə olub. Olan məsələlərin də sivil qaydada həll olunmasının tərəfdarıyıq”.

Qeyd edək ki, iki gün öncə İ.Cavadovanın Vəkillər Kollegiyasında üzvlüyünə xitam verilmişdi. Xanım vəkil “Qafqazinfo”ya açıqlamasında bildirib ki, xanım müvəkkili K.M ondan şikayət edərək müqavilə bağlamadığı halda vəkilin onun adından hüquqi addımlar atdığını bildirib. K.M əlavə edib ki, İ.Cavadova onun “bandotdel”də saxlanılması barədə yanlış məlumatlar yayıb.