Vəliəhd şahzadənin növbəti planı - Terror təşkilatları Əfqanıstana göndərilir?

veliehd-sahzadenin-novbeti-plani
Oxunma sayı: 1603

Əfqanıstanın sabiq baş naziri, İslam Partiyasının rəhbəri, sivil insanları qətlə yetirdiyi üçün “Kabil Qəssabı” adı alan Gülbəttin Hikmətyar Türkiyəyə səfərindən sonra Səudiyyə Ərəbistanı krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın dəvəti ilə bu ölkəyə gedib.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, görüşdə əsas müzakirə mövzusunun “Əl-Nusra” və “Ceyş-ül Ədl” terrorçu qruplaşmalarının Əfqanıstanda yerləşdirilməsi olduğu iddia edilib.

Hətta Hikmətyarın bu təşkilatların liderləri ilə görüşdüyü də bildirilir.

Razılaşmaya əsasən, öncə terrorçuların komandirləri ABŞ təyyarələri ilə Əfqanıstana aprılacaq. Daha sonra terrorçu qrupları Pakistan və Tacikistan yolu ilə Əfqanıstanda yerləşdiriləcək.