Velosipeddən yıxılıb ağır yaralandı

velosipedden-yixilib-agir-yaralandi
Oxunma sayı: 1246

Şəkidə velosipedçi yıxılaraq ağır xəsarət alıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Şəki şəhəri, Səfərov küçəsi ev 6 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Mabud Davud oğlu Abduləzizov idarə etdiyi velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək velosipedi aşırıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Abduləzizov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mabud Abduləzizova açıq kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Məlumatda o da bildirilir ki, Mabud Abduləzizov son zamanlar əsəb xəstəliyindən əziyyət çəkir və o, Şəki rayon ruhi əsəb xəstəlikləri dispanserində qeydiyyatdadır.