“Velosipedi cərimə meydançasına aparmaq düzgün deyil”

velosipedi-cerime-meydancasina-aparmaq-duzgun-deyil
Oxunma sayı: 2267

Ötən gün velosipedçilərin polis tərəfindən saxlanılmasına ekspert Ərşad Hüseynov hüquqi münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, DYP-nin velosipedi cərimə meydançasına aparması düzgün deyil: “Nəzəri olaraq, yalnız sərxoş velosipedçi qaydaları pozarsa, velosipedi idarə etməkdən kənarlaşdırılmalıdır (sərxoş olsa da, qayda pozmursa, kənarlaşdırıla bilməz). Amma bu halda velosipedi cərimə meydançasına qoymaq təcrübi baxımdan düz deyil, çünki avtomobil və motosikletdən fərqli olaraq velosipedin nömrəsi, onun sahibinin bu barədə sənədi (texposport kimi) olmur. Ona görə də həmin velosipedin kimin olması, kimə qaytarılması mübahisə doğurar, bizdəki cərimə meydançaları da velosipedi saxlama şəraitinə malik deyil. Bu səbəbdən hətta göstərdiyim halda da belə velosipedçiyə deyilməlidir ki, velosipedi sürmədən özün yoldan yığışdır (səki ilə itələyib apar, başqasını çağır sürsün və. s.

Aeroport yolu dediyimiz yol avtomagistral olmadığından orada velosipedlə hərəkət hüquqi olaraq qadağan deyil, sadəcə çox təhlükəlidir. 

Velosipedlərin bu tipli yollarda hərəkətinin çox aydın qaydaları var: "Yol hərəkəti haqqında" Qanunun 46-cı maddəsinin I hissəsi: I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80—100 metr olmalıdır. 

İdmançı velosipedçilərin qrup halında hərəkət vaxtı bu qaydaları pozması ehtimalı böyükdür, çünki onlar bəzən 2 və daha çox cərgə ilə, özü də hamısı birlikdə gedirlər.

 Əvvəlki bənddə nəzərdə tutulan qaydaları pozan velosipedçiləri aşakar edən DYP əməkdaşı onları dayandıraraq, qaydalara uyğun hərəkət etmələrini təlb etməlidir. Amma məhz 2 və daha çox cərgə ilə getməyə, yaxud dəstələrə bölünməmiş getməyə görə cərimə nəzərdə tutulmur. Bu, bizim qanunun boşluqlarıdır. Velosiped nəqliyyat növü kimi populyar olmadığından belə problemlər hələ gözə dəymir”.

Günel Türksoy