Venesiya İtaliyadan ayrılır- - Referendum

venesiya-italiyadan-ayrilir-
Oxunma sayı: 1602


“Qafqazinfo” AzVision.az-a istinadən xəbər verir ki, sorğulara əsasən şimal bölgəsinin 64 faiz sakini ayrılmaq tərəfdarıdır. 

Venesiyanın Azadlıq komitəsinin sədri fikirləşir ki, bu xalqın seçimidir. Şərhçilər isə bölgənin tarixinə nəzər salaraq bunun mümkünlüyünü qeyd edir. Məlumdur ki, 18-ci əsrin axırına kimi bölgə güclü nüfuza sahib, çoxlu koloniyalar və dəniz ticarət yollarını idarə edən bir güc olub.

Lakin üç əsr keçdikdən sonra Venesiya azadlığı üçün pul xərcləməli olacaq. Özdə nə az, nə çox 117 miyard avro. Məhz İtaliya borcunun bu qədər hissəsi Venesiyanın payına düşür. Şərhçilərin fikrincə bu da iqtisadi cəhətdən inkişaf edən bölgə üçün nəinki problem olmayacaq, hətta varlı bölgə borcu bir neçə ilə asanlıqla bağlaya biləcək.

Referendum əsnasında 100 min imza toplanıb. Gözələntiyə görə Venetto bölgəsinin daimi sakinləri arasında 5 milyon yetkin referendumda iştrak edəcək.