Venesiya Komissiyası Azərbaycan hökuməti ilə danışıqlar aparır

venesiya-komissiyasi-azerbaycan-hokumeti-ile-danisiqlar-aparir
Oxunma sayı: 651

Bunu Trend-ə Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov bildirib. Onun sözlərinə görə, oktyabrın 15-16-da Strasburqda Avropa İttifaqının Venesiya Komissiyasının nümayəndələri ilə Azərbaycan hökumətinin üzvləri arasında işgüzar görüş keçirilib.

Görüş zamanı tərəflər “Siyasi partiyalar haqqında” qanun layihəsinə düzəlişlər edilməsi ilə bağlı işlərin gedişatı barədə fikir mübadiləsi aparıblar.

Milli Məclisin payız sessiyasına “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

Siyasi partiyalar mövcud qanuna əlavə və dəyişiklikləri edilməsi ilə bağlı təklif irəli sürüblər. Əlavə və dəyişikliklər partiyaların maliyyələşdirilməsini və ya yeni qanunun qəbul edilməsini nəzərdə tutur.