Venesiya Komissiyası hakimiyyət tənqid etdi

venesiya-komissiyasi-hakimiyyet-tenqid-etdi-
Oxunma sayı: 636

“Biz Azərbaycanın siyasi partiyalar və QHT-lər haqqında qanun layihələrini baxışdan keçirdik və müəyyən problemləri ortaya çıxardıq. Hesab edirik ki, ”Siyasi partiyalar haqqında” qanun layihəsində siyasi partiyaların fəaliyyətini məhdudlaşdıran məqamlar var”.
Bunu dünən Venesiya Komissiyasının baş katibi Tomas Markert Strasburqda keçirdiyi brifinqdə deyib.
O, indiki məqamda Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyəti arasında bu qanun layihəsi ilə bağlı müzakirələr getmədiyini bildirib: “Düşünürəm ki, siyasi partiyalar öz fəaliyyətlərinin cəmiyyətə lazımlı olduqlarını sübut etməlidir. Buna görə məhdudiyyət nəzərdə tutan yanaşma əvəzinə, siyasi partiyalar sərbəst şəkildə və qanuni vasitələrlə öz məqsədlərini davam etdirməlidirlər”.

azadliq.info