Venesuela 350 milyon dollar itirib

Venesuela 350 milyon dollar itirib
Oxunma sayı: 492

Venesuelaya qarşı 2013-cü ildən tətbiq edilən sanksiyalar nəticəsində ölkə 350 milyon dollar itirib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Strateji Latın Amerikası Geosiyasət Mərkəzinin (CELAG) hesabatında deyilir.

Müəlliflərin qeydlərinə görə, ABŞ və Avropa Birliyinə üzv dövlətlərin ticarət sanksiyaları venesuelalıların 2013-2017-ci illərdə 1,1-1,6 ÜDM itirməsinə gətirib çıxarıb. Bu isə itkinin 245 milyondan 350 milyon dollara qədər artması ilə nəticələnib.

Həmçinin qeyd edilir ki, ixraca embarqo qoyulması Venesuelanın iqtisadi potensialına son qoya və ya hərbi müdaxilənin başlanğıcı üçün əsas ola bilər.

Xatırladaq ki, ABŞ və Avropa Birliyi Venesuelaya qarşı sanksiyaları 2013-cü ildə Nikolas Maduro hakimiyyətə gələndən sonra tətbiq edib. Daha sonra bu sanksiyaların müddəti artırılıb və genişləndirilib. Müxalifət lideri Xuan Quaido 2019-cu il yanvarın 23-də özünü Venesuelanın müvəqqəti prezidenti elan etdikdən sonra ABŞ bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi