Venesuela bu ölkə ilə sərhədə qoşun yerləşdirdi

venesuela-bu-olke-ile-serhede-qosun-yerlesdirdi
Oxunma sayı: 1508

Venesuela hərbçiləri Kolumbiya ilə sərhədə qoşun yerləşdirməklə bağlı tapşırıq alıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin komandanlığı tvitter hesabında məlumat verib:

“Ali baş komandan Maduronun təlimatını yerinə yetirərək komandirimiz Remixo Sebaos Silahlı Qüvvələrə operativ şəkildə Kolumbiya ilə sərhədə yerləşməyi və xalqın dincliyi, təhlükəsizliyini müdafiə etməyi əmr etdi. Burada heç kim təslim olmur, yorulmur. Təslim olmaq satqınlıqdır”. 

Qeyd edək ki, bu gün Kolumbiya ilə sərhədə humanitar yardım korteji gəlməlidir. 

Maduro hökuməti yardımın ölkəyə daxil olmasının qarşısını almaq  üçün artıq Braziliya və Karib dənizinin üç ada dövləti ilə sərhədi bağlayıb.