Venesuela Kolumbiya ilə sərhədi bağladı

venesuela-kolumbiya-ile-serhedi-bagladi
Oxunma sayı: 810

Venesuela hökuməti Braziliyadan sonra Kolumbiya ilə sərhəddə üç körpünü müvəqqəti olaraq bağlamaq qərarına gəlib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes tvitterdə məlumat yayıb. Bu qərarın verilməsinə səbəb kimi Kolumbiyanın ciddi və qanunsuz hədələri göstərilib.

Qeyd edək ki, daha əvvəl Venesuela müxalifəti bəyan etmişdi ki, ölkəyə humanitar yardımlar fevralın 23-dən daxil olmağa başlayacaq. Yardımların toplanma mərkəzi Kolumbiyanın Kukuta inzibati mərkəzində, Braziliyanın Rorayma ştatı və Kyurasao adasında yerləşir. Maduro hökuməti isə qəti şəkildə həmin yardımların ölkəyə buraxılmasına izn vermək niyyətində deyil. Artıq Venesuela hökuməti üç Karib dənizi adası ilə su sərhədini bağlayıb.