Venesuela-Kolumbiya sərhədində atışma - Ölənlər var

Venesuela-Kolumbiya sərhədində atışma
Oxunma sayı: 397

Venesuela-Kolumbiya sərhədində baş verən silahlı toqquşma nəticəsində 7 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə Taçira ştatının Urenya bələdiyyəsində qeydə alınıb.

Ştatın təhlükəsizlik qüvvələri kolumbiyalı silahlılardan 7 ədəd silah, əl qumbarası, 3 avtomobil və bir o qədər də motosiklet müsadirə edib.

Venesuela ilə Kolumbiya arasında sərhəddin uzunluğu 2,2 min kilometrə çatır. 

2015-ci ili avqustunda qaçaqmalçıların hərbçilərə hücumundan sonra Venesuela prezidenti Nikolas Maduronun sərəncamı ilə sərhəd bağlanmışdı. Bir il sonra isə  Maduro və kolumbiyalı həmkarı Xuan Manuel Santos iki ölkə arasında sərhədin tədricən açılmasına dair razılığa gəliblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi