Venesuela ordusu yerli xalqa atəş açdı - General girov götürüldü

venesuela-ordusu-yerli-xalqa-ates-acdi
Oxunma sayı: 2652

Venesuelada ordu ilə yerli xalq olan pemon hinduları arasında baş verən toqquşmada iki nəfər ölüb, 22 nəfər isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, qarşıdurma Venesuela prezidenti Nikolas Maduroya bağlı əsgərlərin Bolivar əyalətində yerli əhaliyə atəş açmasından sonra başlayıb. 

Yerli qəbilə olan pemon hinduları isə bir neçə əsgəri, o cümlədən hücum əmrini verən Venesuela Milli Qvardiyasının generalı Xose Miqel Montoyyunu girov götürüblər. Bu barədə Milli Assambleyanın deputatı Ameriko de Qrasiya tvitter hesabından məlumat verib. 

Qeyd edək ki, hücuma məruz qalan qəsəbə ötən gün prezident Nikolas Maduronun qərarı ilə bağlanan Braziliya ilə sərhəddə yerləşir.