Venesuela öz kriptovalyutasını satışa çıxarır

venesuela-oz-kriptovalyutasini-satisa-cixarir
Oxunma sayı: 860

Venesuela bu gündən etibarən özünün "El Petro" adlı kriptovalyutasının satışına başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Daha əvvəl prezident Nikolas Maduro ölkədə 100 milyon ədəd rəqəmsal valyuta buraxılacağını, onların 82,4 milyonu investorlar üçün birinci etapda açıq olacağını bildirmişdi.

“El Petro”nun qiyməti bir barel Venesuela neftinin qiymətinə, təxminən 60 dollara olacaq.