Venesuela qaranlığa qərq oldu - Ölkədə işıqlar söndü

venesuela-qaranliga-qerq-oldu
Oxunma sayı: 1493

Venesuelanın 23 ştatından 21-də, eyni zamanda paytaxt Karakasda elektrik enerjisinin verilişi dayandırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Karakasda elektrikin kəsilməsi ilə əlaqədar metropolitenin fəaliyyəti dayanıb və mobil rabitədə fasilələr müşahidə edilir. 

Qeyd edək ki, daha əvvəl Venesuelanın elektrik enerjisi üzrə milli korporasiyası ölkənin ən iri su elektrik stansiyası olan “El-Quri”yə hazırlanan təxribat barədə məlumat vermişdi.  

2016-cı ilin yanvarında Bolivar ştatında yerləşən “El-Quri” gücünə görə dünyada dördüncü stansiya hesab edilib.