Venesuela Rusiyadan hərbi kömək istəyib? - Açıqlama

Venesuela Rusiyadan hərbi kömək istəyib?
Oxunma sayı: 911

“Venesuela hökuməti ölkədəki gərginliyə son qoymaq üçün Rusiyadan hərbi kömək istəməyib”.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin Latın amerika Departamentinin direktoru Aleksandr Şetinin bildirib.

O, jurnalistlərdən birinin “Suriya prezidenti Bəşər Əsəd Rusiyadan hərbi dəstək istəmişdi” xatırlatmasına cavab olaraq “Əgər siz Suriya və Venesueladakı hadisələri təhlil etsəniz, arada böyük fərq olduğunu görərsiniz” deyə söyləyib.

Qeyd edək ki, fevralın 4-də 19 Avropa ölkəsi parlamentin spikeri Xuan Quaidonu Venesuelanın müvəqqəti prezident kimi tanıdıqlarına dair bəyannamə qəbul ediblər. Bəyanatı İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, Danimarka, Niderland, Fransa, Macarıstan, Avstriya, Finlandiya, Belçika, Lüksemburq, Çexiya, Latviya, Litva, Estoniya, Polşa, İsveçrə və Xorvatiya imzalayıb.

KİV-də yayılan məlumata görə, ordunun 90%-i də Nikolas Maduro hökumətindən narazıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi