Venesuela xalqı öz prezidentini seçir

venesuela-xalqi-oz-prezidentini-secir
Oxunma sayı: 1020

Venesuelada prezident seçkilərinə start verilib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb. Bu proses saat 19:00-a qədər davam edəcək.

Seçkidə qalib gəlməyə əsas iddiaçı 2013-cü ildən Venesuelaya rəhbərlik edən Nikolas Madurodur. Onun rəqibləri isə “Dəyişiklikyə ümid” partiyasından olan Havyer Bertuççi, “Xalqın siyasi birliyi” partiyasının nümayəndəsi Reynald Kihada, eləcə də “İnkişaf avanqardı”ndan Enri Falkondur.

Qeyd olunur ki, seçkilərdə 20,6 milyon seçici iştirak edəcək.